Ermənistanda COVID-19-dan ölənlərin sayı 768 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 768 nəfərə çatıb
  • Clock-gray 10:50
  • calendar-gray 04 Avqust 2020

Ermənistanda son sutkada daha 196 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 6 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 768 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 30 372 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər