Ermənistanda koronavirusdan ölənlərin sayı 113-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin  sayı 113-ə çatıb
  • Clock-gray 11:44
  • calendar-gray 28 May 2020

Ermənistanda son sutka ərzində daha 442 nəfərdə koronavirus aşkarlanıb, 15 nəfər ölüb.

APA-nın “Armenia Sputnik”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə ümumilikdə xəstəliyə yoluxma sayı 8 216-ya, ölənlərin sayı isə 113-ə çatıb. 

Qeyd edilib ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 4 472 nəfərdir. 

Günay Elşadqızı

Digər xəbərlər