Ermənistanda restoranda 9 nəfər dəm qazından zəhərlənib

Ermənistanda restoranda 9 nəfər dəm qazından zəhərlənib
  • Clock-gray 02:09
  • calendar-gray 28 Yanvar 2020

Ermənistanın Geqarkunik rayonunun Çambarak şəhərində restoran kompleksində doqquz nəfər dəm qazından zəhərlənib, onlar xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yanvarın 27-də axşam saatlarında baş verib.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən biri 14 yaşlı qızdır. Həkimlər zərərçəkənlərin vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date