Ermənistanda son sutkada 291 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Ermənistanda son sutkada 291 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
  • Clock-gray 11:07
  • calendar-gray 01 Avqust 2020

Ermənistanda son sutkada daha 291 nəfər COVID-19-a yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 38 841 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 749 nəfər olub.

İndiyədək 29 557 nəfər virusdan sağalıb.

 

Əsmər Qabil

Digər xəbərlər