Gürcüstanda daha bir nəfər koronavirusdan vəfat edib

Gürcüstanda daha bir nəfər koronavirusdan vəfat edib
  • Clock-gray 00:26
  • calendar-gray 03 İyun 2020

 

Gürcüstanda yeni növ  koronavirus infeksiyasından daha bir nəfər vəfat edib.  

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, vəfat edən şəxs Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolinisi rayonunun Muşevani (Dəllər) kəndindən olan 75 yaşlı kişi olub. Vəfat edən şəxsdə xronik ağ ciyər problemi olub.

Qeyd edək ki, Dəllər kəndində virusa yoluxma hallarının çox olması səbəbi ilə sərt karantin rejimi tətbiq edilir. 750 nəfər sakini olan kənddə 75 yoluxma halı təsdiqlənib.

Bununla da qonşu ölkədə koronavirusdan vəfat edənlərin sayı 13 nəfərə çatıb.

Səid Babazadə

Digər xəbərlər