Gürcüstanın Xarici İşlər naziri: “Həll edilməmiş münaqişələr razılaşdırılmış formatda öz həllini tapmalıdır”

Gürcüstanın Xarici İşlər naziri: “Həll edilməmiş münaqişələr razılaşdırılmış formatda öz həllini tapmalıdır”
  • Clock-gray 20:36
  • calendar-gray 27 Yanvar 2020

“Həll olunmamış münaqişələr Avropa Şurasının insanların təməl hüquqlarını təmin etməsinə mane olur. Bu münaqişələrin hərəsinin özünəməxsus xüsusiyyətləri var və onların hər biri razılaşdırılmış formatda öz həllini tapmalıdır”.

APA-nın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani AŞPA-da  Azərbaycan nümayəndə heyətindən Rafael Hüseynovun sualını cavablandırarkən deyib.

O, üzv dövlətlərin barışıq və siyasi həll üçün birlikdə çalışması vacib olduğunu bildirib.

David Zalkaliani bildirib ki, nazirlər komitəsi müxtəlif regionlarda həll olunmamış münaqişələrdən narahatdır.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date