İranda təyyarə qəzasında həlak olanların cəsədləri yanvarın 19-da Ukraynaya təhvil veriləcək

İranda təyyarə qəzasında həlak olanların cəsədləri yanvarın 19-da Ukraynaya təhvil veriləcək
  • Clock-gray 21:45
  • calendar-gray 17 Yanvar 2020

İranda baş vermiş təyyarə faciəsində həyatını itirən ukraynalıların cəsədləri bazar günü – 19 yanvar tarixində Ukraynayahvil veriləcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ukrayna Beynəlxalq Hava yolları” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

“Ölən ukraynalı sərnişinlər və PS752 reysinin ekipaj üzvlərinin cəsədləri 19 yanvar tarixində Ukraynaya gətiriləcək”, - deyə mətbuat xidməti “Facebook” səhifəsində qeyd edib.

Şirkət əlavə edib ki, qəza nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş mərasim Borispol beynəlxalq hava limanının terminalında baş tutacaq.

apa-logo-mini

Digər xəbərlər