Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib

Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib
  • Clock-gray 14:08
  • calendar-gray 03 Avqust 2020

Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib.

APA-nın “RİA Novsti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.

O, polisin hazırda həmin şəxslə danışıqlar apardığını qeyd edib: "Saat 12 radələrində “Leonardo” ticarət mərkəzində yerləşən “Universal Bank” şöbəsinə 35 yaşlarında  naməlum şəxs daxil olub. Həmin şəxs bombalı olduğunu və polis çağırmağı tələb edib. Bankın əməkdaşları ərazini tərk ediblər, lakin şöbə müdiri öz xahişi ilə orada qalıb”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər