Kreml Putin və Ərdoğanın görüşəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib

Kreml Putin və Ərdoğanın görüşəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib
  • Clock-gray 13:38
  • calendar-gray 25 Fevral 2020

Kreml Rusiya və Türkiyə prezidentlərinin martın 5-də görüşəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında martın 5-də ikitərəfli görüşün keçiriləcəyini təsdiqləməyib.

“Hələlik söhbət martın 5-də Putinlə Ərdoğan arasında ikitərəfli görüşdən getmir, çoxtərəfli formatda görüş razılaşdırılır”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T. Ərdoğan Bakıya səfəri öncəsi keçirdiyi mətbuat konfransında martın 5-də rusiyalı həmkarı ilə görüşə biləcəyini açıqlayıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date