Lavrov: “ATƏT-də ziddiyyətli ritorika üstünlük təşkil edir”

Lavrov: “ATƏT-də ziddiyyətli ritorika üstünlük təşkil edir”
  • Clock-gray 13:02
  • calendar-gray 26 Fevral 2020

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində Rusiya XİN başçısı Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə çıxış edən Rusiya XİN başçısı E. Ramanın Rusiya ilə məsləhətləşmələr aparmaq səylərini yüksək qiymətləndirib.

“Bu gün beynəlxalq vəziyyətin mürəkkəb olduğunu demək artıq olar. Təəssüflər olsun ki, ATƏT-də ziddiyyətli ritorika üstünlük təşkil edir, güzəştli həll yollarını tapmaq əvəzinə polemika gücləndirilir. Burada ATƏT sədrinin gördüyü iş çox vacibdir”, - deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova S. Lavrovla E. Ramanın görüşündə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırkı fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunacağını söyləyib.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date