Lavrov: “Böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”

Lavrov: “Böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”
  • Clock-gray 17:20
  • calendar-gray 26 Oktyabr 2020

Rusiya dünyadakı böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunanıstanlı həmkarı ilə Nikos Dendiasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız hər zaman üst-üstə düşmür. Lakin ortaq məxrəclər tapanda biz işin xeyrinə səylərimizi birləşdiririk və böhranlı vəziyyətlərin həll edilməsindən ötrü şəraitin yaradılması üçün irəliləməyə kömək edirik. Biz Türkiyə ilə bu cür əməkdaşlığı davam etdiririk”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər