Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"

Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"
  • Clock-gray 14:58
  • calendar-gray 19 Fevral 2020

"Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İordaniya Haşimilər Krallığının Xarici işlər naziri Ayman əs-Safadi ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İdlib zonasının perimetri boyu hələ də demilitirizasiya xətti (silahsız bölgə) yaradılmayıb. Üstəlik, deeskalasiya zonasından Suriya ordusunun mövqeləri, mülki obyektlər və Rusiyanın Xmeymimdəki hərbi-hava bazasının hücumlara məruz qalması davam edir: “Suriya ordusu İdliblə bağlı əldə olunan razılığa əsasən, atəşkəsə riayət edir. Lakin bu cür qəbulolunmaz təxribatlara cavab verir. Biz bu məsələdə onları dəstəkləyirik".

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date