Lavrov: “Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”

Lavrov: “Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”
  • Clock-gray 12:07
  • calendar-gray 15 Yanvar 2020

“Böyük İyirmiliyin” (G20) mövcudluğu “Böyük Yeddiliyin” (G7) artıq vacib məsələləri həll edə bilmədiyini göstərir”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yeni Delhidə keçirilən “Raisina dialoqu 2020”də çıxışında deyib.

“G20-nin yaradılması G7-nin əhəmiyyət kəsb edən məsələləri həll edə bilməməsinin etirafı idi. G20 G7, BRICS təşkilatı və onun mövqeyini dəstəkləyən həmfikir ölkələri əhatə edir. G20 xüsusilə də inkişaf etməkdə olan ölkələrin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmaması ilə bağlı şikayətlərinin eşidildiyi bir vaxtda fəaliyyət göstərə təşkilatdır”, - deyə S. Lavrov qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date