Moskvada icazəsiz mitinqdə saxlanılanların sayı 132-yə çatıb

Moskvada icazəsiz mitinqdə saxlanılanların sayı 132-yə çatıb
  • Clock-gray 06:12
  • calendar-gray 16 İyul 2020

Moskvanın mərkəzində icazəsiz aksiyaya görə 132 nəfər saxlanılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Daxili İşlər Nazirliyinin paytaxt orqanının mətbuat xidmətindən bildirilib.

“132 nəfər istintaq üçün ərazi polis idarələrinə gətirilib. Onların qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır”, - məlumatda belə deyilir.

apa-logo-mini

Digər xəbərlər