Netanyahu və Putin arasında telefon danışığı olub

Netanyahu və Putin arasında telefon danışığı olub
  • Clock-gray 15:36
  • calendar-gray 16 Yanvar 2020

İsrailin Baş Naziri Benyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Benyamin Netanyahu və Vladimir Putin Yaxın Şərqdə son vəziyyətlə bağlı müzakirə aparıblar.

Liderlər telefon danışığı zamanı narkotik maddələrin daşınmasında günahlandırılaraq Rusiyada həbs olunan israilli Naama İssaharın işini də müzakirə ediblər.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date