Patriarx Kirill Aya Sofyanın statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib

Patriarx Kirill Aya Sofyanın statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib
  • Clock-gray 12:43
  • calendar-gray 06 İyul 2020

Moskva və bütün Rusiyanın Patriarxı Kirill İstanbuldakı Aya Sofya məbədinin statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Patriarx Kirill Türkiyə hakimiyyətini İstanbuldakı Aya Sofya məbədinin muzey statusunu saxlamağa çağırıb.

“Türkiyənin dövlət rəhbərliyinin mühakimə qabiliyyətinə ümid edirəm. Xristian mədəniyyətinin ən böyük şah əsərlərindən biri olan, dünyada milyonlarla xristian üçün məbəd simvolu olan Müqəddəs Sofyanın hazırkı, neytral statusunu qorunması Rusiya və Türkiyə xalqları arasında əlaqələri daha da inkişaf etdirəcək, dinlərarası sülh və harmoniyanı gücləndirəcək. Müqəddəs Sofya təhdidi, bütün xristian sivilizasiyası üçün təhdiddir. Bu isə mənəviyyatımıza və tariximizə təhdiddir. Bu günə qədər hər bir rus pravoslav insanı üçün Müqəddəs Sofya böyük bir xristian ziyarətgahıdır. Hər bir sivil dövlətin vəzifəsi tarazlığı qorumaqdır: cəmiyyətdəki ziddiyyətləri gərginləşdirmək yox, barışdırmaqdır, insanların ayrılmasına deyil, birləşməsinə yardım etməkdir”, - deyə Patriarx Kirillin bəyanatında bildirilib.

Qeyd edək ki, hazırda Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə aktiv müzakirələr gedir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının Aya Sofyanın statusunun dəyişdirilməsinin mümkünlüyü ilə bağlı qərarını gözlədiyini və bundan asılı olaraq hərəkət edəcəyini bəyan edib.

Fərid Əkbərov

Digər xəbərlər