Putin: “ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur”

Putin: “ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur”
  • Clock-gray 15:50
  • calendar-gray 01 İyul 2020

“ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı çərçivəsində keçirilən Rusiya, Türkiyə və İran dövlət başçılarının videokonfrans formatında keçirilən görüşündə bildirib.

“ABŞ-ın Suriyaya sanksiyaları qanunsuzdur. Bu sanksiyalar ancaq əlavə problemlər gətirir, Suriya Ərəb Respublikasının iqtisadiyyatına zərər vurur”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti türkiyəli və iranlı həmkarına Suriyada terrorçularla mübarizədə əlavə tədbirləri müzakirə etməyi təklif edib: “Suriya ilə bağlı bütün qərarların həyata keçirilməsinə nail olunmayıb. Lakin Rusiya və Türkiyənin səyləri görünən nəticələri verir”.

Bundan başqa, V. Putin Suriyada münaqişə tərəflərinə görüşmək üçün şərait yaratmaq təklifi ilə çıxış edib.

Fərid Əkbərov

Digər xəbərlər