Putin Federal Vergi Xidmətinin rəhbərinin namizədliyini baş nazir vəzifəsinə təklif edib

Putin Federal Vergi Xidmətinin rəhbərinin namizədliyini baş nazir vəzifəsinə təklif edib
  • Clock-gray 20:30
  • calendar-gray 15 Yanvar 2020

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin bnazir vəzifəsinə namizədliyini təqdim edib.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, - deyə mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date