Qazaxıstan hökuməti Rusiyada dezinfeksiya tunelləri sifariş verib

Qazaxıstan hökuməti Rusiyada dezinfeksiya tunelləri sifariş verib
  • Clock-gray 11:19
  • calendar-gray 03 İyul 2020

Rusiyanın Penza vilayətində fəaliyyət göstərən şirkət Qazaxıstan üçün dezinfeksiya tunelləri istehsal edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 30 ədəd sifariş edilən dezinfeksiya tuneli Qazaxıstan hökuməti üçün nəzərdə tutulub. 

Qeyd edək ki, şirkətin istehsal etdiyi dezinfeksiya tuneli daha əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında quraşdırılıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər