Rusiya ilə Türkiyə arasında aviauçuşlar bərpa olunur

Rusiya ilə Türkiyə arasında aviauçuşlar bərpa olunur
  • Clock-gray 13:47
  • calendar-gray 15 İyul 2020

Rusiya ilə Türkiyə arasında aviauçuşlar bərpa olunur.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva və Ankara iyulun 15-dən uçuşların bərpa olunması barədə razılığa gəlib.

Rusiya Nəqliyyat Nazirliyindəki mənbə məlumatı təsdiqləsə də uçuşların bərpa olunacağı dəqiq tarixin olmadığını bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova iyulun 15-dən beynəlxalq uçuşların tədricən bərpa olunacağını açıqlayıb.

Fərid Əkbərov

Digər xəbərlər