Rusiyada daha 6615 nəfər COVID-19-a yoluxub

Rusiyada  daha 6615 nəfər COVID-19-a yoluxub
  • Clock-gray 11:47
  • calendar-gray 12 İyul 2020

Rusiyada son sutka ərzində daha 6615 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 727 162 nəfərə çatıb.

Son sutka ərzində 130 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 335 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 501 061 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü sırada qərarlaşıb. 

Fərid Əkbərov

Digər xəbərlər