Rusiyada koronavirus şübhəsi ilə 201 mindən çox insan tibbi müşahidə altındadır

Rusiyada koronavirus şübhəsi ilə 201 mindən çox insan tibbi müşahidə altındadır
  • Clock-gray 11:44
  • calendar-gray 31 Mart 2020

Rusiyada hazırda koronavirus (COVID-19) şübhəsi ilə 201 623 nəfər tibbi müşahidə altındadır.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rospotrebnadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumatda indiyə kimi 537 min COVID-19 virusu testi aparıldığı bildirilib. Qeyd olunub ki, 2020-ci il başlayandan 315 609 nəfər tibbi müşahidə altında olub. Hazırda tibbi müşahidə altında olanların sayı isə 201623 nəfərdir.

Qeyd edək ki, Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 1836 nəfərdir. Bu virusdan ölənlərin sayının 12 nəfər olduğu bildirilir.

Fərid Əkbərov

Digər xəbərlər