Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötüb
  • Clock-gray 11:36
  • calendar-gray 31 May 2020

Rusiyada son sutka ərzində daha 9268 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 405 842 nəfərə çatıb.

Son sutka ərzində 138 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4 693 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 171 883 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər