Rusiyada qeydiyyatdan keçən koronavirus peyvəndi haqda məlumatlar açıqlanıb

Rusiyada qeydiyyatdan keçən koronavirus peyvəndi haqda məlumatlar açıqlanıb
  • Clock-gray 13:11
  • calendar-gray 11 Avqust 2020

Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.

Fərid Əkbərov

Digər xəbərlər