Rusiyada qeyri-iş həftəsinin müddəti uzadılıb

Rusiyada qeyri-iş həftəsinin müddəti uzadılıb
  • Clock-gray 18:02
  • calendar-gray 02 Aprel 2020

Rusiyada qeyri-iş həftəsinin müddəti aprelin 30-a kimi uzadılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə xalqa müraciətində bildirib.

O, koronavirus təhlükəsinin hələ də qaldığını vurğulayıb.

“Buna görə də mənim tərəfimdən əmək haqları saxlanılmaqla, aprelin 30-a qədər qeyri-iş həftəsinin uzadılması haqqında qərar verilib", - deyə Rusiya Prezidenti qeyd edib.

O, qarşıdakı günlərdə koronavirusla bağlı vəziyyətin normallaşacağı təqdirdə, qeyri-iş həftəsinin qısaldılması haqqında qərar qəbul edə biləcəklərini də açıqlayıb.

V. Putin koronavirus epidemiyası ilə mübarizə aparan həkimlərə xüsusi təşəkkürünü bildirib.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date