Rusiyada son sutkada 18 283 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 18 283 nəfər koronavirusa yoluxub
  • Clock-gray 12:56
  • calendar-gray 30 Oktyabr 2020

Rusiyada son sutka ərzində daha 18 283 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 599 976 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 656 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər