Rusiyada son sutkada 5 212 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 5 212 nəfər koronavirusa yoluxub
  • Clock-gray 11:53
  • calendar-gray 08 Avqust 2020

Rusiyada son sutka ərzində daha 5 212 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 882 347 nəfərə çatıb.

Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 854 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər