Rusiyada son sutkada 6 595 nəfər koronavirusa yoluxub, 149 nəfər ölüb

Rusiyada son sutkada 6 595 nəfər koronavirusa yoluxub, 149 nəfər ölüb
  • Clock-gray 11:37
  • calendar-gray 24 Sentyabr 2020

Rusiyada son sutka ərzində daha 6 595 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 128 836 nəfərə çatıb.

Son sutka ərzində 149 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 948 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər