Xüsusi təyinatlı milis qüvvələri Minskdə etiraz aksiyalarını dağıdıb

Xüsusi təyinatlı milis qüvvələri Minskdə etiraz aksiyalarını dağıdıb
  • Clock-gray 04:16
  • calendar-gray 12 Avqust 2020

Xüsusi təyinatlı milis qüvvələri Minskin İstiqlaliyyət prospektinin hər iki tərəfində və "Spectrum" ticarət mərkəzinin yaxınlığında icazəsiz keçirilən etiraz aksiyalarını dağıdıb.

APA “Sputnik Belarus”a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri seyrək halda yol kənarında dayanan etirazçıları da ərzidən uzaqlaşdırıb. 

Paytaxtın Plexanov küçəsində partlayış səslərinin eşidildiyi bildirilib.

RİA Novosti-nin xəbərinə görə, paytaxt milisi adıçəkilən küçədə aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib. 

Etirazçılar Rokossovski prospektindən də uzaqlaşdırılıb. Nümayişçilərin gizlənə biləcəyi binaların girişləri nəzarətə götürülüb.

"Magnit” ticarət mərkəzinin yaxınlığında və Dzerjinski prospektində toplaşanlara rezin güllələrdən atəş açıldığı vurğulanıb.

Rəşad Sarıyev

Digər xəbərlər