Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb

Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb
  • Clock-gray 10:46
  • calendar-gray 18 Noyabr 2019

Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb. 

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 1988-ci il təvəllüdlü Araik Sarkisyan müalicə olunduğu paytaxt İrəvanda yerləşən “Erebuni” xəstəxanasından qaçıb. Hadisə bu gün səhər saat 05:00 radələrində baş verib.

Qeyd olunub ki, A. Sarkisyan əvvəllər bir neçə dəfə mühakimə olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən onun axtarışı aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date