Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıb

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıb
  • Clock-gray 13:36
  • calendar-gray 18 Noyabr 2019

Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad edilib.

APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıb.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date