Gürcüstan DİN Tbilisidə mitinqə 5,5 min nəfərin qatıldığını açıqlayıb

Gürcüstan DİN Tbilisidə mitinqə 5,5 min nəfərin qatıldığını açıqlayıb
  • Clock-gray 01:16
  • calendar-gray 18 Noyabr 2019

“Tbilisidə parlament qarşısında keçirilən mitinqə 5,5 minə yaxın insan qatılıb”.


APA  “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi Patrul İdarəsinin rəisi Vaja Siradze mətbuat konfransında bildirib.

O qeyd edib ki, polis tərəfindən Rustaveli prospektində aksiyanın keçirilməsi təmin edilib. 

V.Siradze əlavə edib ki, eyni vaxtda Respublika meydanında müxalif Vətənpərvərlər Alyansı Partiyasının mitinqində 1500 nəfər iştirak edib. Batumidə isə etiraz aksiyalarına həmrəylik nümayiş etdirən 50 nəfər küçələrə çıxıb.


Qeyd edək ki, ötən gündən etibarən bütün müxalif qüvvələr hökumət əleyhinə birləşərək erkən parlament seçkilərinin keçirilməsini, keçid hökumətinin yaradılmasını və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər. 
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date