Rusiyada mikroavtobus aşıb, yaralılar var

Rusiyada mikroavtobus aşıb, yaralılar var
  • Clock-gray 05:38
  • calendar-gray 18 Noyabr 2019


Rusiyanın Tambov bölgəsində içərisində 16 sərnişin olan “QazEL” markalı mikroavtobus aşıb. 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Znamenski rayonunda Sampur-Tambov magistral yolunun 21-ci kilometrliyində baş verən hadisə nəticəsində 3 nəfər ağır yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, xəsarət alanlar bölgədəki xəstəxanaya yerləşdirilib, digər sərnişinlərə isə yerində tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.
 

Rəşad Sarıyev

Digər xəbərlər