“Nəsimi gənc rəssamların gözü ilə” sərgisi təşkil olunub

“Nəsimi gənc rəssamların gözü ilə”  sərgisi təşkil olunub
  • Clock-gray 11:41
  • calendar-gray 27 Noyabr 2019

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə dahi şairin yaradıcılığına həsr olunmuş “Nəsimi gənc rəssamların gözü ilə” sərgisi təşkil olunub.

APA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin İmaddədin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

İmaməddin Nəsiminin yaradıcılığından söz açan YAP icra katibinin müavini  Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından danışıb. S. Novruzov AXC-Müsavat cütlüyünün mədəniyyətə ögey münasibət bəslədiyini də vurğulayıb: “AXC-Müsavat cütlüyü Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası kimi qurumları bağlamaq istəyirdi”. 

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Nəsimi yaradıcılığından və sərginin əhəmiyyətindən danışıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev  Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını nəzərə çatdırıb: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq Nəsimi yaradıcılığına diqqət artdı. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə adları verildi. UNESCO səviyyəsində Nəsiminin 650 illiyi qeyd edilib. Bu il isə Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Nəsimi ili” elan edilib”.

Sərgidə millət vəkilləri, YAP rayon təşkilatlarının sədrləri, Milli Məclisin deputatları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date