BMTM-də Milli Musiqi Günü ilə əlaqədar “Açıq qapı günü” keçirilib

BMTM-də Milli Musiqi Günü ilə əlaqədar “Açıq qapı günü” keçirilib
  • Clock-gray 11:58
  • calendar-gray 18 Sentyabr 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi Günü ilə əlaqədar “Açıq qapı günü” keçirilib. 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, BMTM-in binasında dahi bəstəkar Ü. Hacıbəyovun iş otağı yerləşib. 

Onun sözlərinə görə, bu səbəbdən Mərkəz “Açıq qapı günü”nü keçirməyi qərara alıb.

F. Şəfiyev qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi çox istedadlı musiqi xadimləri yetişdirib: “Üzeyir Hacıbəyov və başqa musiqi xadimləri Şuşada doğulub, lakin bu gün Şuşa işğal altındadır”. 

Mərkəz sədri tədbirin bu gün keçirilməsinin böyük simvolik mənasının olduğunu vurğulayıb.   

F. Şəfiyev Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını da qeyd edib. 

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, Ü. Hacıbəyov dünya miqyasında tanınan bir şəxsiyyətdir: “Onun yaratdığı əsərlər Azərbaycan xalqının necə istedadlı insanlar yetişdirə biləcəyini göstərir. Üzeyir Hacıbəyov Azərbaycanın zəngin musiqi ənənələrini müasir notlar vasitəsilə dünya miqyasında tanıdıb”.

Zümrüd Paşkin

Digər xəbərlər