Filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələri artırılıb

Filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələri artırılıb
  • Clock-gray 16:45
  • calendar-gray 29 Mart 2020

Filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslər filmin yaş kateqoriyasına uyğun işarənin afişaların və biletlərin beş faizindən az olmayan sahəsini tutmasını təmin edəcəklər. 

APA-nın məlumatına görə, bu, “Filmlərin yayımı və nümayişi Qaydaları”na dəyişiklik edilməsi ilə bağlı Baş Nazir Əli Əsədovun qərarında öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən,filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslər yalnız kinozallarda, videozallarda film tamaşaçısına kassa vasitəsilə vahid formalı kino bileti satılmasını təmin edirdilər.

Firuzə Vahid

Digər xəbərlər