ISESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib

ISESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib
  • Clock-gray 17:51
  • calendar-gray 17 İyun 2020

İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan konfransın açılış sessiyasında İSESCO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış ediblər.

Konfransın gündəliyinə COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və ISESCO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil olub.

Virtual konfransda ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verdi, həmçinin Azərbaycanın ISESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd edib.

Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər