İl ərzində İçərişəhərdə keçiriləcək tədbirlər açıqlanıb

İl ərzində İçərişəhərdə keçiriləcək tədbirlər açıqlanıb
  • Clock-gray 12:09
  • calendar-gray 03 Mart 2020

"Ölkə başçısının İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncamına uyğun olaraq görüləcək tədbirlər planı artıq hazırlanıb". 

APA xəbər verir ki, bunu mətbuat konfransında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Riyad Qasımov deyib.  Onun sözlərinə görə, bununla əlaqədar həm ölkədə, həm də xaricdə sərgilərin, konsertlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Aprel ayında xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans keçirəcək. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi xarici muzeylərlə işlərimizi də davam etdirəcəyik. Aprel ayında İstanbuldan Ağqoyunlu dövlətinə aid 17 eksponat gətiriləcək və oktyabr ayınadək sərgilənəcək". 

Aparat rəhbəri il ərzində xaricdə də bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb: "Bu ilin iyun ayında Parisdə UNESCO-nun mənzil-qərargahında İçərişəhərə aid sərgi, konsert və "Dastan" brendinin nümayişi olacaq. Bu tipli tədbirlər Britaniya, İtaliya və Brüsseldə də keçiriləcək. Həmçinin İçərişəhərdə ilboyu mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub".

R. Qasımov sərəncamdan irəli gələrək Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyindən də təkliflər gözlədiklərini vurğulayıb: "Onların təklifi əsasında il ərazində digər tədbirlər də həyata keçiriləcək".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date