Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb

Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb
  • Clock-gray 16:09
  • calendar-gray 06 Avqust 2020

Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb.

Bu barədə APA Mədəniyyət Nazirliyindən bildirilib.

Müraciətdə qeyd olunur ki, islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması, sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır. Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təkliflər [email protected] e-mail ünvanına göndərilə bilər:

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?

Mirmehdi Ağaoğlu

Digər xəbərlər