Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələri də bağlanıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələri də bağlanıb
  • Clock-gray 17:46
  • calendar-gray 02 Mart 2020

Mədəniyyət Nazirliyi sistemində olan təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılır.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata əsasən, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu müddət ərzində tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date