Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə ithaf edilən beynəlxalq konfrans keçiriləcək

Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə ithaf edilən beynəlxalq konfrans keçiriləcək
  • Clock-gray 14:43
  • calendar-gray 22 Sentyabr 2020

Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) oktyabrın 2-də “Türk dünyası ədəbi, mədəni və ictimai-siyasi həyatının fədailəri: Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli” adlı beynəlxalq onlayn videokonfrans keçirəcək.

APA-nın məlumatımna görə, tədbir Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamına, BTA-nın Elmi Şurasının bu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş son iclasında qəbul edilən fəaliyyət planına uyğun olaraq həyata keçirilir.

UNESCO ilə sıx əməkdaşlıq şəraitində keçiriləcək konfransda BTA-ya üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan (müşahidəçi üzv)) müvafiq nazirliklərinin rəhbər şəxslərinin, dünyanın müxtəlif ölkələrindən görkəmli elm adamları, ictimai xadimlər, səfirlər, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı və məruzəsi nəzərdə tutulur.

Beynəlxalq Türk Akademiyasının hazırladığı, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən tərəfindən qazax dilində nəşr edilən və Azərbaycan Xalq Cümhuriyyəti haqqında faktların, tarixi xəritələrin, sənədlərin yer aldığı “Azərbaycan Xalq Cümhuriyyəti - 100” kitabının da konfrans çərçivəsində təqdimatı keçiriləcək.

 

apa-logo-mini

Digər xəbərlər