Əbülfəs Qarayev Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb

Əbülfəs Qarayev Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb
  • Clock-gray 14:09
  • calendar-gray 29 Fevral 2020

Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində iştirak məqsədilə Azərbaycana təşrif buyuran Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Avropa Şurasının Mədəni Marşrutlar layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına gətirib çıxarmasından danışılıb.

Ə. Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinin ayrılmaz bir hissəsinin olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan bu illər ərzində 5 beynəlxalq marşruta qoşulub, qoşulduğu ildən bəri mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir. O bildirib ki, keçirilən müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxarıb.

S. Dominioni “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirib. Həmçinin, keçirilən müşavirənin Avropa Mədəni Marşrutlar layihəsinə qoşulmuş digər ölkələr üçün xüsusi model olacağını vurğulayıb.

Görüşdə Azərbaycanın yeni mədəni marşrutlar üzrə təmsil olunması ilə bağlı aparılan işlər haqqında, həmçinin, ölkədə yeni yerli mədəni marşrutların yaradılması və sertifikatlaşdırılması ilə əlaqədar gələcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date