Əbülfəs Qarayev bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşüb

Əbülfəs Qarayev bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşüb
  • Clock-gray 18:09
  • calendar-gray 19 Dekabr 2019

Dekabrın 19-da Mədəniyyət naziri Əbülfəs Qarayev bir sıra ölkələrdəki Azərbaycan icmalarını təmsil edən nümayəndələrlə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor quruculuğu istiqamətində həyata keçirilən fəaliyyət çərçivəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən “Liderliyin İnkişaf Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.

Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.

Ə.Qarayev “Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirərək nümayəndə heyətinə uğurlar arzulayıb. Nazir bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Ə.Qarayev qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporla birgə iş aparılmalıdır.

Azərbaycanda yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanın böyük potensialının olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.

Nümayəndə heyəti səmimi qəbula görə Ə.Qarayevə təşəkkürünü bildirib. Görüş təklif olunan layihələr üzrə fikir mübadiləsi ilə davam edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date