Əbülfəs Qarayev: "Yaradıcı sənayenin formalaşdırılması prioritet olacaq”

Əbülfəs Qarayev: "Yaradıcı sənayenin formalaşdırılması prioritet olacaq”
  • Clock-gray 11:55
  • calendar-gray 27 Dekabr 2019

''2019-cu il mədəniyyət baxımından çox işgüzar və zəngin il olub''.

APA-nın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir il ərzində həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu il ''Nəsimi ili'' elan olunub ki, bu da özlüyündə mədəniyyət ili deməkdir: “Çünki Nəsiminin yaradıcılığı dil, ədəbiyyat və fəlsəfə ilə bağlıdır. Sözsüz ki, bütün mədəniyyət ocaqları fərmanın icrası ilə ciddi məşğul olub. Digər tərəfdən, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilin uğurundan xəbər verir. Azərbaycanda UNESCO-nun 43-cü sessiyasının keçirilməsi, Şəki şəhəri və Xan Sarayının Dünya İrs siyahısına daxil edilməsi xalqımızın sevincinə səbəb olub''. 

Ə. Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət sahəsində islahatların aparıldığını da vurğulayıb: "Müəssisələrimiz tərəfindən dəyərli töhfələr irəli sürülüb. Bu töhfələrin sırasında həm maddi bazanın yaradılması, həm də yeni idarəetmə üsullarının tətbiqini deyə bilərik. İnanırıq ki, növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olacaq və dövlət əhəmiyyətli proqrama çevriləcək''.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date