Əbülfəs Qarayev Parisdə İSESCO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev Parisdə İSESCO-nun baş direktoru ilə görüşüb
  • Clock-gray 16:36
  • calendar-gray 18 Noyabr 2019

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Fransanın Paris şəhərində səfərdədir.

Mədəniyyət Nazirliyindən APA-ta verilən məlumata görə, səfər çərçivəsində Əbülfəs Qarayev İSESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə görüş keçirib. Görüşdə Azərbaycan-İSESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Əbülfəs Qarayev təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək görüşün baş direktorun vəzifəyə təyin edildikdən sonra ilk görüş olduğunu bildirib və bu görüşlərin davamlı olacağına inamını ifadə edib. Nazir, həmçinin ötən dövr ərzində Azərbaycan-İSESCO əlaqələrinin inkişafı barədə qısa məlumat verib və bildirib ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci Vitse-Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və şəxsən Prezident İlham Əliyevin böyük töhfələri olub. Ötən dövr ərzində Azərbaycan İSESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilib, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər həyata keçirilib. İSESCO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”-nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında rəsmi tərəfdaş qismində iştirak edib.

Nazir Azərbaycan-İSESCO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib və yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə edib.

İSESCO-nun baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirib, həmçinin əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin İSESCO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat verib və qeyd edib ki, bu gün İSESCO və UNESCO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaq. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.

Əbülfəs Qarayev İSESCO-da aparılan islahatları təqdir etdiyini bildiribr. Nazir Bakı şəhərinin UNESCO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək gələcəkdə İSESCO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd edib. O, həmçinin İSESCO çərçivəsində irsin qorunması ilə bağlı layihə həyata keçirilə biləcəyini və bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verilə biləcəyini diqqətə çatdırıb.

Yekunda nazir İSESCO-nun baş direktorunu Azərbaycana dəvət edib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date