AzTV HD formatına keçir

AzTV HD formatına keçir
  • Clock-gray 14:49
  • calendar-gray 16 Dekabr 2019

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildən HD formatına keçir. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadanlıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir”.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın iclasında səsləndirib. O qeyd edib ki, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq. İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date