“Qarabağ” qəzetinin 30 yaşı tamam olur

“Qarabağ” qəzetinin 30 yaşı tamam olur
  • Clock-gray 15:01
  • calendar-gray 24 İyun 2020

“Qarabağ” qəzetinin nəşrə başlamasından 30 il keçir.

APA-nın məlumatına görə, 1990-cı ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması üçün “Qarabağ” adlı qəzet təsis edib.

Qəzet Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin orqanı kimi 1990-cı il iyul ayının 1-də fəaliyyətə başlayıb.

“Qarabağ” ilk gündən Dağlıq Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi və görkəmli şəxsiyyətləri haqqında oxuculara ətraflı məlumat verməyə başlayıb. Məlum olduğu kimi, həmin vaxt bölgədə erməni separatizmi baş qaldıraraq azərbaycanlılara qarşı torpaq iddiası ilə bölgədə müharibə şəraiti yaradıb.

Qəzetin əməkdaşları münaqişənin alovlandığı bütün nöqtələrdən real vəziyyət haqqında respublika oxucularına və dünya ictimaiyyətinə Azərbaycan və rus dillərində dəqiq və operativ məlumatlar çatdırıb.

Məhz “Qarabağ” qəzeti 27 fevral 1992-ci il tarixli sayında - faciənin səhəri günü Xocalıda baş verən hadisələri “Xocalıda soyqrımı törədildi” başlıqlı xəbərlə 40 min tirajla Azərbaycana yayıb.

apa-logo-mini

Digər xəbərlər