Qərargah: Məhdudiyyətlər KİV-ə də şamil oluna bilər

Qərargah: Məhdudiyyətlər KİV-ə də şamil oluna bilər
  • Clock-gray 20:02
  • calendar-gray 03 İyun 2020

"Həftə sonları kütləvi informasiya vasitələrinin işləməsi məsələsi hələlik bəlli deyil".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu məsələ Baş Nazirin çıxışından sonra bilinəcək: “Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək, mümkündür ki, məhdud sayda televiziya əməkdaşına işləməyə icazə veriləcək".

Ramiz Mikayıloğlu

Digər xəbərlər