"Real Təhlil və İnformasiya Mərkəzi" xəbərdarlıq edib

"Real Təhlil və İnformasiya Mərkəzi" xəbərdarlıq edib
  • Clock-gray 14:47
  • calendar-gray 24 İyul 2020

Bir sıra kütləvi informasiya vasitələri  "Real Təhlil və informasiya Mərkəzi"nin maliyyələşdirmə müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmadığını iddia ediblər.

"Real Təhlil və İnformasiya Mərkəzi"nin Hüquq Departamenti yayılmış  məlumatlarla bağlı APA-nın sorğusuna cavab verib.

Arayışda qeyd edilib ki, “Televiziya və radio yayımı haqqında” qanunun 10.4-cü maddəsinə əsasən, özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər: "Bununla əlaqədar olaraq yayımçının qarşılıqlı müqavilə əsasında hər hansı bir dövlət və ya özəl qurumun fəaliyyətinin işıqlandırılması və həmin qurumlara informasiya dəstəyinin göstərilməsi qanunvericiliyə zidd deyil.

İstinad edilən 12-ci maddədə yayımçıların insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarını dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borclu olması nəzərdə tutulur.

Qeyd olunan hal isə hər hansı bir dövlət orqanının fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün ödənişli əsaslarla informasiya dəstəyinin göstərilməsidir. Yəni bu hal 12-ci maddənin tələbinə zidd deyil".

"Real Təhlil və İnformasiya Mərkəzi" belə məlumat yayan hər bir KİV-i qurumun mövqeyinin əks olunmadığı məlumatları ictimailəşdirməkdən çəkinməyə çağırıb: "Əks təqdirdə şirkət belə cəhdləri öz işgüzar nüfuzuna zərbə kimi qiymətləndirərək uyğun tədbirlər görəcək".

apa-logo-mini

Digər xəbərlər