Türkiyə səfirliyinin mətbuat müşaviri “APA-Group”un qonağı olub

Türkiyə səfirliyinin mətbuat müşaviri “APA-Group”un qonağı olub
  • Clock-gray 16:24
  • calendar-gray 27 Noyabr 2019

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan “APA-Group”un qonağı olub.

APA-Group”un rəhbəri Vüsalə Mahirqızı ilə görüşdə Azərbaycan-Türkiyə münasibətləri, regionda və dünyada baş verən proseslər, iki ölkənin media qurumaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

V. Mahırqızı “APA-Group”a daxil olan qurumların, o cümlədən APA İnformasiya Agentliyinin Türkiyə səfirliyi ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Öz növbəsində, H. Altınalan səfirliklə “APA-Group”un, o cümlədən digər media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılmasına çalışacağını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date